AZ

FHN: Gəncədə qanunsuz inşa olunan tikililər sökülüb

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Savalan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkarlanıb və bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

Nazirlikdən Xezerxeber.az-a bildirilib ki, müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

Seçilən
10
49
xezerxeber.az

10Mənbələr