AZ

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Bakı. Trend:

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir.

Trend-in xəbərinə görə, bubarədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəedilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksinitapıb.

Dəyişikliyə əsasən, ağacların, kolların və ya digəryaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların,kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi)xeyli miqdarda ziyan vurduqda - cinayət nəticəsində vurulmuşziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islahişləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə ikiilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qüvvədə olan qanuna əsasən, meşələrdə və ya xüsusi mühafizəolunan təbiət ərazilərində ağacların, kolların və ya digəryaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların,kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi)xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadəkmiqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya ikiilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətəmüəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətəazadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər:

- təkrar törədildikdə;

- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklətörədildikdə;

- külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsindəvurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və yaiki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üçilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətləməşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildənbeş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
5
42
az.trend.az

10Mənbələr