AZ

Pensiya alanlar üçün ŞAD XƏBƏR – Artımlar bu tarixdən olacaq

“Azərbaycanda minimum pensiya artırılacaq. Bununla bağlı cənab prezidentin göstərişi var. Hazırda minimum pensiya 280 manatdır və artımlardan sonra növbəti ildən minimum pensiyanın məbləği müəyyənləşəcək”.

Busaat.az xəbər verir ki, bunu  açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdirilib artırılacaq:

“İndeksasiya faizi ilə bağlı yalnız ilin sonunda rəqəmləri söyləmək mümkün olacaq. Çünk indeksləşdirmə ilə bağlı faiz 2024-cü ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq müəyyənləşir. Ona görə də həmin artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarından əmək pensiyalarının artırılması həyata keçiriləcək.

Gözlənilir ki, bununla bağlı sərəncam fevral ayında imzalanacaq. Çünki fevral ayının əvvəllərində Dövlət Statistika Komitəsi 2024-cü ildə orta aylıq əmək haqqındakı artımla bağlı faizi elan edib. Daha sonra həmin faizə uyğun olaraq cənab prezident tərəfindən sərəncam imzalanır. Amma sərəncamın fevral ayında imzalanmasına baxmayaraq, artım yanvardan hesablanır.

Yanvar ayındakı artımlar da fevral ayının artımları ilə birlikdə vətəndaşlara təqdim olunacaq. Bu indeksləşdirmə əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Həm yaşa görə, həm ailə başçısını itirməyə görə, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiyası artacaq”.

Deputat həmçinin qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsində sosial təminat və sosial müdafiə sahəsinə 4 milyard 998 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub:

“Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu (DSMF) büdcəsini və digər sosial xərcləri nəzərə alsaq, həm dövlət büdcəsinin, həm də icmal büdcənin xərclərinin təxminən 45 faizi məhz sosial istiqamətə yönəldiləcək. 2025-ci ildə dövlət büdcəsindən ayrılan hər 100 manatın 45 manatı sosial istiqamətə yönəldilən vəsait olacaq.

Pensiya və minimum əmək haqqındakı artım faizləri noyabr və dekabr aylarındakı müzakirələr nəticəsində yekunlaşacaq və növbəti ildən etibarən artımların həyata keçirilməsini müşahidə edə biləcəyik”.

Seçilən
4
22
busaat.az

10Mənbələr