AZ

Bu qitədə meymunçiçəyi sürətlə yayılır

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) meymunçiçəyi virusu (“mpox”) səbəbiylə qitədə ölümlərin sayı 1100-ə çatdığını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Afrika CDC-nin baş direktoru Jean Kaseya mətbuata verdiyi açıqlamada meymunçiçəyi virusu ilə bağlı cari məlumatları paylaşıb.

Son bir həftədə 3 min 51 nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini və epidemiyada 50 nəfərin öldüyünü açıqlayan Kaseya, Zimbabve və Zambiyada yeni yoluxmaların qeydə alındığını açıqlayıb.

Kaseya epidemiyanın Afrikanın 18 ölkəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib.

Digər tərəfdən, Kaseya meymunçiçəyi virusuna yoluxanların 86 faizinin Mərkəzi Afrika bölgəsində aşkar edildiyini deyib.

Xatırladaq ki, meymunçiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür.

Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə meymunçiçəyi adını "mpox" olaraq dəyişdirib.

Seçilən
11
15
cebheinfo.az

10Mənbələr