AZ

Misli Premyer Liqası:"Qarabağ" "Kəpəz"ə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start veriləcək.

 

Sfera.az xəbər verir ki, X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq qarşılaşma saat 18:00-da başlayacaq.

 

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

 

"Qarabağ" 9 turdan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 19-20-də keçiriləcək.

Seçilən
26
3
sfera.az

4Mənbələr