AZ

"Range Rover"in sürücüsü narkotikin təsiri altında - Saxlanıldı

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya "saxla" işarəsi verilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

 

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

 

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Tarix: 18 Oktyabr 2024, 11:26   
Seçilən
4
11
pravda.az

10Mənbələr