AZ

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti dəfə vətəndaş qəbulu keçirib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, müvəkkil qəbul üçün müraciət etmiş vətəndaşların hər birini fərdi qaydada qəbul edib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qeyd edilib ki, qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib. Həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Seçilən
16
6
azertag.az

7Mənbələr