Bərdə rayonu ərazisində DYP əməkdaşları “Range Rover” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verib.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.
M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.