AZ

ABŞ HƏMAS liderinin məhv edilməsi əməliyyatında iştirak etməyib

ABŞ ordusunun HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi əməliyyatında heç bir rolu yoxdur.

Bu sözləri keçirdiyi mətbuat konfransında Pentaqon sözçüsü Patrik Rayder deyib. O bildirib ki, bu, İsrailin əməliyyatı idi və ABŞ burada əməliyyatlara birbaşa cəlb olunmayıb.

“Birləşmiş Ştatlar girovların saxlanmasına cavabdeh olan HƏMAS liderlərinin izlənməsi və yerinin müəyyən edilməsi ilə bağlı kəşfiyyat məlumatlarına dair İsrailə köməklik göstərib. Təbii ki, bu, həm də ümumi mənzərəyə töhfə verib”,- deyə Pentaqon rəsmisi bildirib.

Seçilən
4
4
azpost.info

6Mənbələr