AZ

Qəzzadakı əməliyyat "HƏMAS" lideri Sinvarın öldürülməsi ilə bitməyib - Netanyahu

Bakı, TurkicWorld

Fələstinin "HƏMAS" hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın İsrail hərbçiləri tərəfindən məhv edilməsi Qəzza zolağında "artıq hökmranlıq etməyəcək" bu təşkilatın "son gününün başlanğıcı"dır.

TurkicWorld - in məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu İsrailin əsas televiziya kanallarında yayımlanan çıxışı zamanı deyib.

B.Netanyahu vurğulayıb ki, Qəzza zolağında hərbi əməliyyat HƏMAS rəhbərinin "məhv edilməsi ilə bitməyib" və silahlılar tərəfindən saxlanılan girovlar azad edilənə qədər "tam gücü ilə" davam edəcək.

"Bizə zərər verənlərin başına gələnləri bir daha göstərdik. Bu gün Yəhya Sinvarın zərərsizləşdirildiyini elan edirəm. Lakin bununla müharibə bitmədi. Missiyamız hələ tamamlanmayıb", - deyə o bildirib.

Seçilən
11
1
turkic.world

2Mənbələr