AZ

Türkiyənin Muğla vilayətində meşə yanğınları başlayıb

Türkiyənin Muğla vilayətinin Ortaca və Dalaman rayonlarında meşə yanğınları başlayıb.

Bu barədə “Report” yerli mətbuata itinadən xəbər verir.

Məlumata görə, hadisə ilə əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edilir ki, ərazidəki güclü külək səbəbindən alov sürətlə yayılır.

Yerli sakinlər də yanğınların söndürülməsinə kömək edir.

Seçilən
30
2
far.az

3Mənbələr