AZ

İran ilə İsrail arasında müharibəni yüksək ehtimal olaraq qiymətləndirməliyik - Hakan Fidan

Bakı, TurkicWorld

İran ilə İsrail arasında müharibənin başlanmasını yüksək ehtimal olaraq qiymətləndirməliyik.

TurkicWorld-ün məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"Biz ölkə və region olaraq buna hazır olmalıyıq. Bölgədə müharibənin yayılması bizim arzuladığımız bir şey deyil", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, region xalqının sabitliyi və təhlükəsizliyi üçün müharibənin olmaması lazımdır.

Seçilən
5
1
turkic.world

2Mənbələr