AZ

İbad Hüseynli türk dünyasının qəhrəman oğludur- Yalçın Topçu

Bakı, TurkicWorld

Yalçın Topçu Afyonkarahisar valisi, Pro.Dr Kübra Güran Yiğitbaşına nəzakət səfərindən sonra dəvətə qatılıb və Azərbaycandan olan Qarabağ qazilərini, Çayırbağdan olan iştirakçıları və mətbuat mənsublarını Prezidentimiz və şəxsən öz adından salamlayaraq, çıxış edib.

“Türkiyə və Azərbaycan; Bir millət, qiyamətə qədər var olacaq 7 türk soylu dövlət ailəsinin əkiz övladlarıdır.

Əziz Azərbaycanın ; Şəhidləri şəhidimiz, qaziləri qazilərimiz, sevinci sevincimiz, ağrıları ağrımızdır.

Can Azərbaycanın yaşayan rəsmi qəhrəmanı İbad Hüseynli də türk dünyasının qəhrəman oğludur.

Cənab Prezident İlham Əliyevin baş komandanlığı ilə soylu Azərbaycan xalqının qanı və canı ilə qazanılan 44 günlük qələbədən sonra birinci Qarabağ müharibəsi veteranı İbad qardaşımızı rəsmi dövlət qəhrəmanı kimi təsdiq etmişdir.

Qəhrəmanlar öz millətinin çətin anlarında milli refleksləridirlər, nə qədər çox olsalar, o dövlət, millət, vətən bir o qədər təhlükəsizdir.

Yozlaşmanın və qərb çürüməsinin hər sahədə təsirli olduğu günümüzdə qəhrəmanlarımızı cəmiyyət qarşısında örnək kimi qoymaq çox vacibdir.

Bu gün mən bu küçəyə qəhrəman veteranımızın adını verməklə sədaqət borcunu yerinə yetirən Çayırbağ Bələdiyyə Başçısı cənab Ender Kiraza və məclis üzvlərinə təşəkkür edirəm. , 1990-cı il Bakı qətliamını və 44 günlük Qarabağ müharibəsini əziz vətənimizin şəhidləri ilə birlikdə zəfər şəhidlərimizi ehtiram və rəhmətlə yad edir, veteranlarımıza cansağlığı və firavanlıq arzulayıram.

Sizi bir daha hörmətlə salamlayıram”.

Yalçın Topçu çıxışının sonunda Qarabağ qazilərinə və bələdiyyə sədrinə Prezidentin adının və soyadının baş hərfləri olan qalstukları hədiyyə edib.

Quran tilavəti pərilərin və kiçik qızların folklor nümayişinin sonunda Bələdiyyə Başçısının açılış nitqi ilə başladı.

Keçmiş nazir Mehmet Sağlam və İbad Hüseynlinin salamlama nitqindən sonra Yalçın Topçunun çıxışı və xatirə şəkli çəkdirilib, bələdiyyə binasında iştirakçılara plov ikramı verilmişdir.

Seçilən
20
turkic.world

1Mənbələr