AZ

Köməksiz vəziyyətdə qalan vətəndaş belə xilas edildi - VİDEO

Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaş köməksiz vəziyyətdə qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb.
 
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
 

 

Seçilən
4
17
moderator.az

10Mənbələr