AZ

Beynəlxalq terrorizmi maliyyələşdirmədə təqsirləndirilən şəxsin məhkəməsi olacaq

Beynəlxalq terrorizmin maliyyələşdirilməsində ittiham olunan Yusif Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan cinayət işinin ilkin istintaqı başa çatıb.


Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatındadır.


Yusif Əliyev DTX-nın əməliyyatı zamanı həbs olunub. İstintaq nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Telegram və WhatsApp sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq, toplanan vəsaitləri beynəlxalq terror təşkilatını maliyyələşdirmək məqsədilə xarici ölkələrə göndərib. O, cinayət məsuliyyətinə cəlb edilib.


Yusif Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi (terrorizmin maliyyələşdirilməsi) ilə ittiham irəli sürülüb. Bu maddə ilə ona 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

 

N.Təbrizli


www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr