AZ

Ermənistanın qanunsuz dağ-mədən sənayesinin fəaliyyəti ilə bağlı brifinq keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 16-da Ermənistanın qanunsuz dağ-mədən sənayesifəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazınekologiyasını zəhərləməsi ilə bağlı brifinq keçirilib.

Trend xəbər verir ki,brifinqdə çıxış edən “Environmental Protection First” (EPF)Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyiyanında İctimai Şuranın sədri Amin Məmmədov EPF Koalisiyasınınyaradılmasının məqsədindən danışıb.

O bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhədbölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyəhazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirinqiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo)kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfininetirazından sonra bu iş dayandırıldı.

İctimai Şura sədri qeyd edib ki, 2023-cü ildə “Azərkosmos”tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmiktəsvirləri təqdim edilib. Həmin təsvirlərdə 1990-cı illərinsonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəkidəyişiklik, torpaqların vizual təsviri əks olunurdu.

"2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçəQHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeniyataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarınaetiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarınaetiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həminQHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdəgünahlandırıblar",- deyə A. Məmmədov vurğulayıb.

Bəzi xarici investorların Ermənistan dövləti tərəfindənyaradılan şərait sayəsində Cənubi Qafqazda ətraf mühitə ciddi ziyanvurduqlarını söyləyən A.Məmmədpv deyib: "Ermənistan EspoKonvensiyasının üzvü olsa da, buna əməl etmir. Lakin Konvensiyayaqoşulan ölkələrin hər birinin transsərhəd kontekstində ətrafmühitin qiymətləndirilməsi ilə bağlı öhdəliyi var. Əgər bir ölkəqonşu dövlətin sərhədinə yaxın ərazidə sənaye və iqtisadi fəaliyyəthəyata keçirərsə, bununla bağlı mütləq şəkildə qonşu dövlətinictimaiyyətinə və hökumətinə hesabat təqdim etməlidir".

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına YardımFondunun sədri Sabit Bağırov isə vurğulayıb ki, bütün dünyadafaydalı qazıntıların mədən hasilatı ətraf mühitə çox ciddi mənfitəsirlərlə müşayiət olunur. Bu mənada Ermənistan da istisnadeyil.

O bildirib ki, Ermənistandakı 26 mədən şirkətinin 12-si QərbiZəngəzur tərəfdə yerləşir, bu da ətraf mühit üçün riskləryaradır.

S. Bağırov qeyd edib ki, Ermənistanın BMT-nin Transsərhəd suaxarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsihaqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik varki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökumətiErmənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasınırazılaşdırılması vacib olan ilk məsələlər sırasında təkidedəcək.

"Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistanvətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqdaekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktivəməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələrivacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırılabilər",- deyə o əlavə edib.

Ermənistanın
Ermənistanın
Seçilən
9
7
az.trend.az

10Mənbələr