AZ

150 min manatlıq mükafatın sahibi bəlli oldu

"Kapital Bank"ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün keçirilən lotereyanın 3-cü tirajı 15 oktyabr 2024-cü il tarixində yekunlaşıb.

10 iyul-30 sentyabr 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3334 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb. Loterayanın əsas mükafatı 150 000 AZN də final tirajda öz sahibini tapıb.

Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj3

Qeyd edək ki, final tirajında 1-ci və 2-ci tirajda qalib olmayan biletlər də iştirak edib. 10 iyul-30 sentyabr 2024-cü il tarixlərini əhatə edən lotereyada ümumilikdə 10 000 nəfər Birbank taksit kart sahibi qalib adını qazanıb. Onlardan 6900 nəfər 5 AZN, 3000 nəfər 10 AZN dəyərində keşbek, 60 nəfər 100 AZN, 30 nəfər 500 AZN, 6 nəfər 1000 AZN, 3 nəfər isə 10 000 AZN, 1 nəfər isə 150 000 AZN pul mükafatı qazanıb.

Seçilən
5
30
publika.az

10Mənbələr