AZ

Kür çayında suyun səviyyəsi artıb

Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur. Bu barədə  Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib. 

O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30% çox, ötən il ilə müqayisədə isə 10 % çoxdur.
 
"Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8 % çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb",  -  Verdiyev bildirib.

Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub.
 
"Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var",  -  Verdiyev əlavə edib. 


www.anews.az
Seçilən
7
28
anews.az

10Mənbələr