Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz artırılıb
2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 75 milyon manatı və yaxud 0,2 %-nin vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların payına düşəcək. Bu barədə Maliyyə Nazirliyi xəbər verib.
Gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.