AZ

Azərbaycan neftinin və təbii qazın qiyməti azalıb, rubl, avro ucuzlaşıb, lirə, o cümldən qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,32% artaraq 1 barelə görə 74,49 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,4% artaraq 1 barelə görə 70,86 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,93ABŞ dolları və ya 5% azalaraq 74,75 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,04% azalaraq 2,487 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 16-da Avro 1,8510 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 16-da Türkiyə lirəsi 0,0497 manata kimi bahalaşıb.

RUBL

2024-cü il oktyabrın 16-da Rusiya rublu 0,0175 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,14% artaraq 2 682,7 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,17% artaraq 31,81 ABŞ dollarına bərabər olub.

Seçilən
57
16
fins.az

10Mənbələr