AZ

Ən populyar 10 süni intellektin adı açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ən populyar 10 süni intellektin adı açıqlanıb.

Banco.az xəbər verir ki, Dünya Bankının “Dünyada məhsuldar süni intellektdən kim istifadə edir?” hesabatına əsasən, mart ayına olan məlumata görə, ən yaxşı 40 məhsuldar AI aləti milyonlarla istifadəçi tərəfindən ayda təxminən 3 milyard ziyarətçi cəlb edib.

ChatGPT təkbaşına trafikin 82,5 faizinə nəzarət etsə də, “Google”un aylıq ziyarətlərinin yalnız 1/80-nə çata bilib.

Hesabatda qeyd olunur ki, süni intellekt alətlərindən istifadə edənlər ümumilikdə gənc, yüksək təhsilli və əsasən isə kişilərdir.

İstifadə nümunələrinə nəzər saldıqda, bəlli olur ki, istifadəçilər əsasən məhsuldarlığı artıracaq iş üçün süni intellekt alətlərindən istifadə edirlər.

Digər tərəfdən, siyahıda ABŞ-ın üstünlüyü diqqət çəkir. Belə ki, ilk 10-luğa daxil olan məhsuldar süni intellekt şirkətləri arasında Avstraliyada yerləşən “Nightcafe” istisna olmaqla, bütün süni intellekt şirkətlərinin baş ofisi ABŞ-da yerləşir. 

Ən populyar 10 məhsuldar süni intellekt alətlərinin isə siyahısı belədir:

1. ChatGPT

2,3 milyard internet ziyarəti

2. Gemini

133 milyon internet ziyarəti

3.POE

43 milyon internet ziyarəti

4. Perplexity

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
22
50
banco.az

10Mənbələr