AZ

Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür

Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 4 il ötür.
 
15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub.
 
Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.
 
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib.
Seçilən
8
8
moderator.az

9Mənbələr