AZ

Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərə başlayıb - Tayvan isə Çini təxribatlardan çəkinməyə çağırıb

Çini hərbi təxribat xarakterli addımlardan çəkinməyə, regional sülh və sabitliyin qorunması üçün tədbirlər görməyə çağırırıq.

“Taibei Times”ın xəbərinə görə, bunu Tayvan Administrasiyanın rəhbərinin müşaviri Qo Yauhei bildirib.

O deyib ki, indiki məqamda beynəlxalq ictimaiyyət Hind-Sakit okean regionunda sabitliyin qorunmasının tərəfdarıdır:

“Çin bütün bu amilləri nəzərə alıb bölgədə sülhün qorunması üçün əməli addımlar atmalı, “Ortaq qılınc-2024B” adlandırdığı hərbi təlimləri dayandırmalıdır”.

Çin Ordusu Tayvan ətrafında hərbi təlimlərinin başlandığını elan edib

Çin Ordusu Tayvan ətrafında “Birgə Qılınc 2024B” təlimlərinin başlandığını açıqlayıb.

Bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığının rəsmi nümayəndəsi baş polkovnik Li Si məlumat yayıb.

Bilirlib ki , təlimdə quru qoşunları, donanma, hava qüvvələri, raket qüvvələri və digər qoşunlar iştirak edir.

Qeyd olunur ki, təlimlər Tayvan boğazında Tayvanın şimal, cənub və şərq hissəsində baş tutacaq.

Təlimlər zamanı birgə hücumun məşq edilməsi, adanın liman və ərazilərinin bloklanması və nəzarətə götürülməsi planlaşdırılır

Seçilən
64
6
marja.az

7Mənbələr