AZ

Rusiya sirklərində heyvanların nümayişinə qadağa qoyulacaq

Rusiya Dövlət Duması sirklərdə heyvanların nümayişinə qadağa qoyulması məsələsinə baxacaq...

Noyabrda Dövlət Duması sirklərdə heyvanların nümayişinə qadağa qoyulmasını təklif edən qanun layihəsinə baxacaq.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə parlamentin aşağı palatasının ekologiya komitəsi sədrinin birinci müavini Vladimir Burmatov məlumat verib.

“Biz hesab edirik ki, qaldırılan problem düzgündür, lakin onu başqa cür həll etmək lazımdır, yəni sirklərin vintlərini sıxaraq ardıcıl şəkildə həll etmək lazımdır ki, onlarda heyvanların saxlanması tələbləri daim artsın”, deyə Burmatov bildirib. .

Deputat qeyd edib ki, belə bir qanun layihəsinin qəbulu ciddi nəticələr verə bilər. Onun sözlərinə görə, bu, heyvanların reabilitasiya mərkəzlərində sıxlığın olması ilə bağlıdır.

Qeyd edək ki, sentyabrın 30-da politoloq Aleksey Yaroşenko bildirib ki, Rusiyada heyvanlardan əyləncə üçün istifadəni və onlardan pul qazanmağı dayandırmaq lazımdır. Ekspert hesab edir ki, heyvanları istismar edən zooparklar və sirklər də qadağan edilməlidir.

Poliqon.info

Seçilən
47
poliqon.info

1Mənbələr