AZ

Bakıda 76 yaşlı kişini motosiklet vurub

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Qaryağdı Zöhrabov yolu keçərkən onu motosiklet vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
68
2
apa.az

3Mənbələr