AZ

Bakıda 37 yaşlı kişiyə xəsarət yetirilib

Azərforum APA-ya istinadla xəbər verir ki, Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

Hadisə Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Hazırda fakt araşdırılır.

Seçilən
34966
31
apa.az

4Mənbələr