AZ

Britaniya əks-kəşfiyyatından qorxunc xəbərdarlıq - Azərbaycanın da adı keçir

Rusiya -Ukrayna müharibəsinin qaynar nöqtəsini yalnız Ukrayna ərazisində deyil, Kiyevə yardım edən Qərb ölkələrinin də ərazisinə keçirmək üçün Rusiya xüsusi xidmət orqanları geniş planlar hazırlayır və bu işdə əsas tərəfdaşlarından biri məhz İrandır. Məqsəd, Avropa mülki əhalisini öz ölkələrinə etiraz nümayiş etdirib Ukraynaya yardımı dayandırmaqdır. Bu barədə Britaniya əks-kəşfiyyatının (Mİ 5) rəhbəri Ken Makkalum özünün təhlükəsizliklə bağlı illik hesabatında bildirib. Mİ 5-in şefi RF MN-in Baş Kəşfiyyat İdarəsinin (QRU) yaxın vaxtlara Birləşmiş Krallığın ərazisində, Avropa küçələrində xaos və təlaş yaratmaq məqsədilə silahlı təxribatlar planlaşdırdığını vurğulayıb. Səbəb də Ukraynaya yardımla bağlıdır.
 
Makkalumun məlumatına görə rəhbərlik etdiyi qurum 2022-ci ildən İranın dəstəklədiyi 20 sui-qəsdi ifşa edib. Ümumiyyətlə, Britaniya əks-kəşfiyyatı son 7 ildə “kütləvi qətliam”la yekunlaşacaq 43 sui-qəsdin, təxribatın qarşısını alıb. Əks-kəşfiyyatın rəhbəri qeyd edib ki, əgər əvvəllər terrorizmlə mübarizənin 75%-ni islam terrorizmi təşkil edirdisə, Ukraynada müharibə başlayandan Rusiya və İranın dəstəklədiyi qətllər və diversiyalarla daha çox qarşılaşırlar. Bu işdə açar rolu Britaniyanın Ukraynanı yüksək səviyyədə dəstəkləməsidir. Təhlükənin əsas xəttinin isə “Rusiya və İran” olduğu diqqətə çatdırılıb və əsas təşkilatçıların və şübhəlilərin hər iki ölkənin casusları olduğu vurğulanıb.  Bu məqsədlə diplomatik pərdə altında fəaliyyət göstərən rusiyalı casusların ölkədən kütləvi şəkildə çıxarılmasına qərar verilmişdir. Yeri gəlmişkən, Mİ 5-in rəhbəri əvvəllər bu cür ittihamlarda indiki kimi  sərt və birmənalı olmamışdır. Son iki ildə Avropa İttifaqı və Böyük Britaniyadan 750 rusiyalı diplomat qovulub. Onlar çox vaxt Avropa ərazisində yerləşən rus kriminal dəstələrlə əlbir işləyiblər.
 
 Dövlət terrorizmin bu cür praktikası yalnız Britaniya, ABŞ və Avropa İttiffaqına birbaşa təhlükə deyil, eyni zamanda postsovet ölkələrindən Qazaxıstan, Azərbaycan, Belarus və Gürcüstan üçün real təhlükə yarada biləcəyini də Makkalum vurğulayıb. 
 
 Müharibənin coğrafiyasının böyüməsi Ukraynada müharibə aparan Rusiyanın, Yaxın Şərqdə savaşan İranın maraqları ilə üst-üstə düşür. 
 
 Zamanında Azərbaycana təzyiq etmək üçün Neft Akademiyasında törədilən qətliam, həyati vacib obyektlərdə partlayışların törədilməsi halları unudulmayıb. Görünür, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra Rusiyaya qarşı atılacaq addımların, Ukraynaya dəstəyin hansı səviyyədə olacağından asılı olaraq Avropada xaos və təlaşın miqyasını ona uyğun planlaşdırmağı düşünürlər.
 
Moderator. az
Seçilən
55
moderator.az

1Mənbələr