AZ

"Sabah"ın rəqibləri qələbə qazandı

Basketbol üzrə Avropa Kubokunun G qrupunda yer alan “Sabah”ın rəqibləri Yunanıstanın “Marussi” və İsveçin “Nörçöppinq” klubları öz liqalarında müntəzəm oyunlarına çıxıb. 

Sportal.az xəbər verir ki, Yunanıstan çempionatının 2-ci turunda “Marussi” evdə “Kolossos” üzərində qələbə qazanıb (70:67). 

İsveç çempionatının 3-cü turunda isə "Nörçöppinq” səfərdə "Kepin Starz”ı məğlub edib (94:85). 

Hazırda “Marussi” 3 xalla turnir cədvəlinin 4-cü, “Nörçöppiqn” isə 2 xalla 6-cı pillədə qərarlaşıb.

 

saytlarin hazirlanmasi

Seçilən
58
1
sportal.az

2Mənbələr