Amerikanın təyyarə istehsal edən korporasiyası "Boeing" şirkətin çətin vəziyyəti fonunda işçi qüvvəsini 10% ixtisar edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Kelli Ortberq bildirib.
"Gələn aylarda işçi qüvvəmizi təxminən 10% azaltmağı planlaşdırırıq. Beləliklə, təxminən 17 min əməkdaş ixtisar riski ilə üzləşəcək", - məlumatda qeyd olunub.