AZ

Hacıqabulda yağıntının miqdarı aylıq normanın 147 %-ni təşkil edib – FAKTİKİ HAVA

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

Bu barədə “Ölkə.az”a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

Seçilən
42
15
olke.az

10Mənbələr