AZ

"Boeing" işçilərinin 10 faizini ixtisar edəcək

ABŞ-nin qlobal aviasiya şirkəti “Boeing” işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun baş icraçı direktoru Kelli Ortberq işçilərə ünvanladığı mesajda deyilir.

Məlumata görə, 17 min "Boeing" işçisinin ixtisarlardan təsirlənəcəyi gözlənilir.

Ortberq, şirkətin çətin vəziyyətdə olduğunu və uzunmüddətli perspektivdə rəqabətədavamlı qalmaq və müştərilərə xidmət göstərmək üçün struktur dəyişikliklərinə ehtiyac olduğunu qeyd edib.

 

Gözəl Həşimova

Seçilən
29
iqtisadiyyat.az

1Mənbələr