AZ

Bakıda bu avtobus “zolağı” ilə getmir - Video

Bakının Nizami rayonu, Qara Qarayev prospektində “E1” nömrəli avtobusun ictimai nəqliyyat vasitəsi üçün ayrılmış zolaq olduğu haldaavtomobil zolağı ilə hərəkət etməsi sürücülərin narazılığına yol açıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanalında görüntülər paylaşılıb. Görüntülərdə avtobusun 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılan xətti pozaraq, avtomobillər üçün nəzərədə tutulmuş yola keçdiyi əks olunub.

Yol hərəkət qaydalarına əsasən, avtobusun digər zolağa keçməsi 1.1 üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Belə olan halda sürücülərə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilir.

Seçilən
21
1
buta.tv

2Mənbələr