SON DƏQİQƏ! Azərbaycanda 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ! - ADLAR
“Qafqazinfo” xəbər verir ki, dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub.
Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F.Rzayevaya, 2001-ci il təvəllüdlü İ. Niyazovaya, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü. F. Süleymanovaya, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibovaya, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədovaya, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
***
10:15
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
***
09.52
Qazaxda 18 tələbə dönərdən zəhərlənib.
APA-nın yerli bürosu xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.
Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.