AZ

Güclü maqnit qasırğası ruslara MÖCÜZƏ YAŞATDI

Oktyabrın 10-da axşam saatlarında üçüncü dərəcəli (G3) güclü maqnit qasırğası başlayıb. Bunun nəticəsində Rusiya sakinləri şimal işıqlarını müşahidə edə biliblər.

Publika.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatına görə , Yerin geomaqnit sahəsindəki pozğunluq ən azı daha iki gün davam edəcək.

"Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus, maqnit qasırğasının "bu ilin ən güclü və ən uzun fırtınası adı uğrunda yarışa biləcəyini" vurğulayıb.

Oktyabrın 10-da Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib ki, axşam saatlarında geomaqnit qasırğasının başlayacağı gözlənilir və bu, beşinci səviyyəyə çata bilər. Buna görə də Moskva və Sankt-Peterburqda şimal işıqlarını müşahidə etmək mümkündür.

Seçilən
53
9
publika.az

10Mənbələr