AZ

"Rusiya siyasi-diplomatik həllə açıqdır" - Lavrov şərtləri açıqladı

"Rusiya Ukraynadakı "böhran"ın əsas səbəblərini aradan qaldırmalı olan siyasi və diplomatik həllə açıqdır". 

HİT.az xəbər verir ki, bunu "Newsweek"ə müsahibəsində Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Onun fikrincə, belə nizamlanma atəşkəslə deyil, münaqişənin dayandırılmasına yönəlməlidir:

"Qərb silah tədarükünü dayandırmalı, Kiyev isə hərbi əməliyyatları dayandırmalıdır. Ukrayna neytral, bloklara qoşulmamaq və nüvəsiz statusuna qayıtmalı, rus dilini qorumalı, vətəndaşlarının hüquq və azadlıqlarına hörmət etməlidir".

Rusiyalı diplomat hesab edir ki, 2022-ci il martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən paraflanan İstanbul sazişləri həll üçün əsasə ola bilər. İddialara görə, onlar Kiyevin NATO-ya üzv olmaqdan imtinasını təmin edir və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini ehtiva edir.

Lavrov həmçinin Rusiya prezidenti Vladimir Putinin Silahlı Qüvvələrin DXR, LXR, Zaporojjya və Xerson vilayətlərindən tamamilə çıxarılmasının, Rusiya Konstitusiyasında təsbit olunmuş ərazi reallıqlarının tanınmasının zəruriliyi barədə sözlərini xatırladıb: Ukraynanın neytral, bloklara qoşulmamış, qeyri-nüvə statusu, onun demilitarizasiyası və de-nazifikasiyası, rusdilli vətəndaşların hüquq, azadlıq və maraqlarının təmin edilməsi və Rusiyaya qarşı bütün sanksiyaların ləğvi.

"Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı müdaxilə ilə cavab verdi. Onun himayədarları - ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şəraitdə davam etməkdən başqa seçimimiz yoxdur. Ukraynadan gələn təhdidlər aradan qaldırılana qədər xüsusi hərbi əməliyyat aparılacaq", deyə Lavrov bildirib.

Onun sözlərinə görə, münaqişənin ən böyük bahasına öz hökumətləri onları orada öldürmək üçün amansızcasına müharibəyə sövq edən ukraynalılara düşür.

"Rusiya üçün bu, öz xalqını və həyati təhlükəsizlik maraqlarını qorumaqdan ibarətdir. Rusiyadan fərqli olaraq, ABŞ bəzi "qaydalar", "həyat tərzi" və bu kimi şeylər haqqında danışmağa davam edir, görünür, Ukraynanın harada olduğunu və bu müharibədə hansı risklərin olduğunu yaxşı başa düşmür", deyə xarici işlər naziri bildirib.

Samir

Seçilən
7
13
hit.az

10Mənbələr