AZ

Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib (FOTO)

Bakı. Trend:

8 oktyabr 2024-cü il tarixində Varşavada, ATƏT-in İnsan ÖlçüsüKonfransı çərçivəsində, Qərbi Azərbaycan İcması tərəfindən qayıdışhüququ mövzusunda yan tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi, Ermənistandan qovulmuşazərbaycanlıların öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətlişəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalqsəviyyədə diqqəti artırmaq olmuşdur. Tədbir zamanı qayıdışınhüquqi, humanitar və praktiki aspektləri geniş şəkildə müzakirəedilib.

Tədbirdə moderatorluğu şərhçi və jurnalist Dr. Harvey Dzodinedib. Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən çıxışedərək, Ermənistanın törətdiyi etnik təmizləmə, icmanın qayıdışhüququ sahəsində gördüyü işlərdən danışıb və bu mövzunu qlobalgündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb. Bosniyavə Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük iləbağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsininbarışıq üçün zəruri şərt olduğunu qeyd edib. AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatrəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etniktəmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsisəbəbindən meydana çıxan insan hüquqları pozuntuları barədə çıxışedib.

Bu tədbir, beynəlxalq ictimaiyyətin diqqətinin QərbiAzərbaycandan qovulmuş azərbaycanlıların problemlərinə və onlarınqayıdış hüququnun təmin edilməsi məsələsinə yönəltmək üçün faydalıolub.

Tədbir, eyni zamanda, Qərbi azərbaycanlıların təhlükəsiz vələyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçünbeynəlxalq dialoqa töhfə verib.

Qərbi
Qərbi
Qərbi
Qərbi
Qərbi
Seçilən
9
9
az.trend.az

10Mənbələr