AZ

Namiq İslamzadə müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib

Azərbaycan prezidentinin sərəncamı ilə general-mayor Namiq İslamzadə müdafiə nazirinin müavini, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.

Bu ilin mayında general-leytenant Ramiz Tahirov ehtiyata buraxıldıqdan sonra Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi vakant qalırdı.

O zaman İslamzadə Hərbi Hava Qüvvələri komandanı vəzifəsinin icraçısı  təyin edilmişdi. 50 yaşlı İslamzadə bərdəlidir. Türkiyə Ali Hərbi Aviasiya Məktəbini bitirib.

İkinci Qarabağ Müharibəsində iştirak edib. Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, digər orden və medallarla, o cümlədən Füzuli və Xocavəndin azad edilməsinə görə medalları ilə təltif edilib.

2021-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavinidir.

Seçilən
13
turan.az

1Mənbələr