AZ

Abşeronda dəhşət:“Kamaz” oğlanın üstündən keçdi

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Avtosfer.az “Bakupost.az”a istinadən xəbər verir ki, piyada 2003-cü il təvəllüdlü Sarxanlı Vaqif Həbib oğlunu Kamaz yük maşını vurub. Xəstə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ciddi baş-beyin travması və sınıqlar alan xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fakt üzrə araşdırma aparılır.

Seçilən
20
6
avtosfer.az

7Mənbələr