AZ

ABŞ-ın Azərbaycanda hansı layihələri var? Hansı hökumət məmurları ABŞ-da oxuyub? 9 suala cavabda

Məqalə barədə məlumatMüəllif, Səadət AkifqızıVəzifə, BBC News Azərbaycanca

Azərbaycan parlamentinin 43 deputatı ABŞ-la münasibətlərə yenidən baxılmasını və bu ölkənin Azərbaycanda fəaliyyət göstərən USAID təşkiltının layihələrinin dayandırılması, qurumun fəaliyyətinə son qoyulması istəyiblər.

Deputatlar bunu ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Antony Blinken-ə müraciətinə cavab olaraq etdiklərini bəyan edib. Azərbaycanlı deputatlar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıblar.

Təqribən bir il əvvəl də Azərbaycanda bu təşkilatın bağlanması barədə hakimiyyətyönümlü mediada xəbərlər gəzirdi.

Həmin vaxt hökumətə yaxın media yazırdı: Azərbaycanda aranı qarışdırır.

Əlbəttə, hökumətə yaxın medianın buna öz səbəbi var idi: USAID rəhbəri Samantha Power Azərbaycanın antiterror əməliyyatından sonra "100 min erməninin qaçqın düşməsi" barədə danışıb. Bundan öncə hər hansı USAID rəhbəri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində evlərindən didərgin düşən yüz minlərlə azərbaycanlı barədə bu şəkildə və formatda danışmayıb və işğalçını pisləməyib. Azərbaycan hökuməti də məhz bundan narazı idi.

Bundan başqa, o vaxt ABŞ rəsmisi O'Brien da Ermənistana görə Azərbaycan hakimiyyətini tənqid edən açıqlama verib - o, Azərbaycanın yüksək səviyyəli şəxslərinin ABŞ-a səfərlərinin ləğv edildiyini və “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini” deyib. Bu da Azərbaycanda ABŞ hökumətinin birtərəfli və ədalətsiz yanaşması olaraq dəyərləndirilib.

Hakimiyyəti ABŞ-dan narazı salan digər səbəb də rəhbərləri qaçaqmalçılıq iddiaları ilə həbs olunan, Azərbaycanda qanun pozuntuları və korrupsiya hallarını araşdıran AbzasMedia-nın USAID-dən qrant - yəni, maliyyə dəstəyi almasıdır.

Ancaq ABŞ hökuməti Azərbaycanda yalnız tənqidi və ya müxalif mediaya qrant ayırmayıb.

Araşdırmamız göstərir ki, USAID Azərbaycanda həm də hökumətlə birlikdə layihələr həyata keçirib. Hökumət qurumları və nazirliklər işçilərini ABŞ qrantları ilə xaricdə təlimlərə də göndəriblər. Və hətta yüksək rütbəli hakimiyyət rəsmiləri ABŞ proqramları çərçivəsində bu ölkədə təhsil belə alıblar.

Bəs USAID nədir? Azərbaycanda hansı işləri görür və hakimiyyətlə hansı layihələri həyata keçirir?

BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

1. USAID nədir?USAİD

Şəklin mənbəyi, USAİD-Azərbaycan/Facebook

Seçilən
72
bbc.com

1Mənbələr