AZ

İşə qəbul üçün ərizə yazdı: Cavab 48 il sonra gəldi

İngiltərənin Linkolnşir bölgəsində yaşayan 70 yaşlı Tizi Hodson 1976-cı ilin yanvarında motosiklet akrobatı kimi işləmək üçün verdiyi iş ərizəsinə 48 il sonra məktubla cavab alıb. 

"Cebheinfo.az"-nun BBC-yə istinadən xəbərinə görə, Tizi Hodsonun ərizə məktubunun aldığı məktubla birlikdə bütün bu illər ərzində poçt şöbəsində qaldığı ortaya çıxıb. Hodsona göndərilən məktubda 1976-cı ildə müraciət etdiyi məktubun əsli və məktubun başına gələnlər yazılıb. İş müraciətinin 48 ildən sonra özünə geri göndərilməsinin "möcüzə" olduğunu deyən Hodson deyib: 

"Hər zaman bu işdən niyə xəbər olmadığını düşünürdüm. İndi bilirəm". 

Seçilən
9
cebheinfo.az

1Mənbələr