AZ

Millət vəkili: "Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir. Təhsillə bərabər maarif məktəblərində milli mənəvi dəyərlərin təbliğ edilməsi önəmli addımdır".
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
"Hər bir ölkə təhsil ilə uğura nail olur. Bu gün bizim qarşımızda duran əsas məqsəd milli mənəvi dəyərlərə sahib gənc nəslin yetişdirilməsidir. Maarif məktəblərinin üstün cəhətlərindən biri də məhz budur ki, burada şagirdlərə milli mənəvi dəyərlər aşılanır. Təhsil önəmli olduğu qədər, milli mənəvi dəyərlərə sahib, millətinə, soy kökünə sadiq gənc nəslin yetişdirilməsi çox vacibdir".
Aygün Mirakif
Seçilən
13
oxu.az

1Mənbələr