AZ

“İsrailin istənilən təcavüzünə cavab verməyə hazırıq”- SEPAH komandanı

İran İsrailin istənilən düşmən hərəkətini dəf edəcək.

Azpost.info xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-leytenant Hüseyn Salami deyib.

“Biz nəcib və qəhrəman İran xalqını əmin edirik ki, xüsusən də Livan və Fələstində müqavimət cəbhəsini, dəstəkləyəcəyik, düşmənlərin və vəhşi rejimin hər hansı təcavüzünü güc, möhkəmlik və qətiyyətlə dəf edəcəyik” – general bildirib.

Salaminin sözlərinə görə, İranın oktyabrın 1-də raket hücumu İslam müqaviməti liderlərinin öldürülməsinə görə İsrailə qarşı “qan davası” idi.

Azpost.info

Seçilən
61
50
azpost.info

10Mənbələr