AZ

Verdiyi CV-yə 48 ildən sonra cavab gəldi - FOTO

İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson adlı qadın 1976-cı ilin yanvarında motosiklet akrobatı kimi işləmək üçün məktubla işə müraciət edib.

"Unikal" xəbər verir ki, Hodsonun məktubuna cavab 48 il sonra gəlib.

Məlum olub ki, Tizi Hodsonun ərizəsi bütün bu illər ərzində poçt şöbəsində qalıb və məktub 48 ildən sonra ona çatıb. Göndərilən məktubda 1976-cı ildə müraciət etdiyi məktubun əsli və məktubun başına gələnlərin yer aldığı bildirilib.

Cavab məktubunun 48 ildən sonra gəlməsini "möcüzə" olduğunu deyən qadın, "Hər zaman bu işdən niyə xəbər gəlmədiyini düşünürdüm. İndi bilirəm",- deyə bildirib.

"Məni necə tapıblar bilmirəm, 50 dəfə evdən köçsəm də, hətta 4-5 ölkəyə köçsəm də, bu, müəmmalıdır. Bu məktubu Londondakı mənzilimdə yazdığımı dəqiq xatırlayıram. Ona hər gün cavab gözləyirdim, amma gəlmirdi, bu məni çox kədərləndirmişdi. Çünki mən həqiqətən motosiklet akrobatı olmaq istəyirdim",- deyə, o, əlavə edib.

Zərifə Nağıyeva 

Seçilən
8
unikal.az

1Mənbələr