AZ

Ən sürətli "Porsche"bəlli oldu

Elektrikli "Porsche Taycan Turbo GT" 100 km/saat sürəti iki saniyədən az vaxtda yığaraq markanın ən dinamik avtomobili olub.

Avtosfer.Az oxu.az-a istinadən bildirir ki, sınaqları "Car and Driver" təşkil edib.

Yarışlar iki istiqamətdə baş tutub: bunlardan birində avtomobil 100 km/saat sürətini 1 898 saniyəyə, digərində isə 1 910 saniyəyə yığa bilib.

Bundan əvvəl "918 Spyder" "Porsche"nin ən dinamik modeli hesab olunurdu. 2014-cü ildə o testlərdə 100 km/saat sürətini 2,1 saniyəyə çatdırmışdı.

Xatırladaq ki, "Porsche Taycan Turbo GT" 2024-cü ilin martında təqdim edilib və 760 kVt (1 033 at gücü) güc aqreqatı ilə brendin ən güclü avtomobili olub.

Qeyd edək ki, avtomobillər arasında 100 km/saat sürətlənmə rekordu 1,76 saniyə ilə "Rimac Nevera" hiperkarına məxsusdur.

Seçilən
12
3
avtosfer.az

10Mənbələr