Qaxda yol qəzası olub, bir nəfər ağır xəsarət alıb.

Leqal.info xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Qəza zamanı bir nəfər rayonun Şotavar kənd sakini 1995-ci il təvəllüdlü Bilal Paşa oğlu Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

B. Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info