AZ

Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” keçirilir

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq QızılXaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə“Hərbiəməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksəksəviyyəli seminar” (SWIRMO) keçirilir.

Trend xəbərverir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətlitədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edənyüksək rütbəli zabitlər iştirak edir.

Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhzbeynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinəriayət edən ölkələrin ərazilərində keçirilir. Azərbaycan Ordusununhərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.Azərbaycanın Vətən müharibəsi, sonrakı döyüş əməliyyatları,xüsusilə antiterror əməliyyatında beynəlxalq humanitar hüquqariayət etməsi nümunəvi xarakter daşıyır. 44 günlük müharibədə mülkiinsanlara dəymiş zərər nisbəti 60-cı ildən bəri dünya hərbtarixində bir möcüzədir. Antiterror əməliyyatında isə mülki tələfatümumiyyətlə olmayıb. Bütün bunlar Azərbaycanın beynəlxalq humanitarhüquqa ciddi riayət etməsinin bariz nümunəsidir. Elə bu səbəbdən də17-ci seminarın məhz ölkəmizdə keçirilməsi təsadüfi deyil.

Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti,silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq,hüququn inteqrasiyası, Beynəlxalq Humanitar Hüquq və hədəfəalma,Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn tətbiqi və digərmövzularda çıxışlar təqdim ediləcək.

Seminarın keçirilməsində başlıca məqsəd hərbi əməliyyatlarınidarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasınıdərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitarhüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbiplanlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərləringücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışanhərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişafetdirməkdir.

Seçilən
28
13
az.trend.az

10Mənbələr