AZ

Zəfər xronikası - Müharibənin 11-ci günü

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Trend Vətən müharibəsinin 7 oktyabra olan xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev "Euronews" və CNN-Türk televiziyalarına müsahibə verib.

 

- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

 

- Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.

 

- Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb.

 

- Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlik işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən videogörüntülər yayıb.

 

- Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə , Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutulub.

 

- Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb və videogörüntülərini yayıb.

 

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şəybəy kəndinin görütülərini yayıb.

 

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.

 

- Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

 

- Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

Seçilən
18
3
modern.az

10Mənbələr