AZ

Balaxanıda 105 saylı marşrutdan ŞİKAYƏT: "Yarı yolda qalırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakinləri marşrut avtobuslarında üzləşdikləri çətinliklə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər.
Söhbət paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsindən 8-ci kilometr bazarı, eləcə də əks istiqamətdə işləyən 105 saylı marşrut avtobuslarından gedir.
Sakinlər avtobusların onları yarı yolda qoyduğunu deyirlər. Sıxlıqdan şikayət etsələr də, sürücülər əksini iddia edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 105 nömrəli marşrut xətti müvəqqəti olaraq "Azlənd Plaza" MMC-nin istismarındadır. Bu marşrut xətti üzrə 16 avtobus 10 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Agentlikdən o da qeyd edilib ki, sözügedən marşrut xətti üzrə daşıyıcıya avtobus sayının sərnişin tələbatına uyğun olaraq tənzimlənməsi barədə tapşırıq verilib.
Ətraflı süjetdə:
Seçilən
11
oxu.az

1Mənbələr