AZ

Premyer Liqa: “Çelsi” heç-heçə edib, “Tottenhem” məğlub olub

Premyer

Bakı, 6 oktyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Çelsi” və “Tottenhem” komandaları azarkeşlərini məyus edib.

“Çelsi” “Nottinqem Forest”lə görüşdə (1:1) heç-heçə edib, “Tottenhem” isə “Brayton”a 2:3 hesabı ilə uduzub.

Turnir cədvəlinə 18 xalla “Liverpul” başçılıq edir. “Çelsi” 14 xalla 4-cü, “Tottenhem” isə 10 xalla 9-cu sırada qərarlaşıb.

Seçilən
17
2
azertag.az

3Mənbələr