AZ

II Ordu Korpusunun yeni komandiri general Quliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Quru Qoşunlarının 2-ci Ordu Korpusunda komandir dəyişikliyi olub. Korpusun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərk sərəncama götürülüb.
2-ci Ordu Korpusuna general-mayor Vilayət Bərxuda oğlu Quliyev  komandir təyin olunub. 

Modern.az-ın məlumatına görə, general Vilayət Quliyev əslən Cəbrayıl rayonunun Tinli kəndindəndir.

O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında xüsusi qəhrəmanlıq göstərən hərbçilərdən biridir.

Vilayət Quliyev 44 günlük Vətən müharibəsində də şücaiətyilə yadda qalıb. Belə ki, o, Cəbrayıldan Şuşaya qədər şərəfli döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Hadrutun düşməndən azad olunmasında iştirak edib.

Vilayət Quliyev  döyüşlərin gedişində ayağından qəlpə yarası almasına baxmayaraq, savaş meydanını tərk etməyib.

Daşaltı kəndinin, Şuşa şəhərinin azad edilməsində xüsusi rol oynayan zabitlərdən biridir.

Ali Baş Komandanın sərəncamı ilə “Rəşadət” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

A.Qorxmaz

Seçilən
12
modern.az

1Mənbələr